Modern.az

NATO ölkəsi Türkiyədən silah alacaq 

NATO ölkəsi Türkiyədən silah alacaq 

16 Yanvar 2023, 00:14

NATO-ya ən son üzv olan Şimali Makedoniya Türkiyədən silah almağa qərar verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, ölkə Türkiyədən 18 ədəd “Boran” artilleriya qurğusu alacaq. Silahlar Şimali Makedoniya ordusunun artilleriya bölmələrinin gücləndirilməsinə kömək edəcək.

 

İlk silahların iki ildən sonra, qalan artilleriya sistemlərinin 2029-2031-ci illər ərzində təhvil veriləcəyi gözlənilir.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?