Ukraynadakı müharibə bitsə belə, Rusiya-Qərb münasibətləri düzəlməyəcək.
Modern.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.
“Əvvəlki kimi olmayacaq. Ukraynada silah səsləri sussa belə, biz Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləmirik”, - deyə Stoltenberq bildirib.
NATO rəhbəri vurğulayıb ki, Qərb böyük resursa sahib olsa da, Rusiyanı gözündə kiçiltməməlidir.