Modern.az

“Nene Hatun” Ukrayna gəmisinin köməyinə çatdı

“Nene Hatun” Ukrayna gəmisinin köməyinə çatdı

Dünya

16 Yanvar 2023, 09:14

Bosfor boğazında gəmi saya oturub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Sahil Təhlükəsizliyi İdarəsi rəsmi tviter səhifəsində məlumat yayıb.

 

Bildirilib ki, Ukraynadan gələn yük gəmisi Bosfor boğazından keçərkən saya oturub. Bu, bir müddət su nəqliyyatının boğazda hərəkətinin dayandırılması ilə nəticələnib.

 

Türkiyənin "Nene Hatun" gəmisi və 8 qayıq hadisə yerinə cəlb olunub və problemin aradan qaldırılması üçün işlərə başlanıb.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?