Modern.az

Prezident Daşkənd merini işdən qovdu - SƏBƏB

Prezident Daşkənd merini işdən qovdu - SƏBƏB

Dünya

16 Yanvar 2023, 09:26

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev paytaxt Daşkənd şəhərinin rəhbəri Cahangir Artıkxocayevi tutduğu vəzifədən azad edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Mirziyoyev bu barədə müvafiq qərarı imzalayıb. Məlumata görə, buna səbəb paytaxtın qış rejiminə zəif hazırlanmasıdır.

 

Hələlik yeni təyinatın olub-olmaması ilə bağlı məlumat verilməyib.

 

Qeyd olunub ki, Mirziyoyev eyni səbəbdən energetika nazirinin müavinini və enerji şirkətinin rəhbərini də işdən çıxarıb.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?