Modern.az

Almaniyanın yeni müdafiə naziri bu şəxs ola bilər

Almaniyanın yeni müdafiə naziri bu şəxs ola bilər

16 Yanvar 2023, 10:28

Almaniyada müdafiə naziri postuna yeni şəxsin təyin olunacağı barədə müzakirələr gedir.

 

Modern.az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazıb.

 

Bildirilib ki, bu vəzifəyə əsas namizəd kimi Almaniya federal kanslerinin departament rəhbəri Volfqanq Şmidtin adı hallanır. 

 

Mümkün namizədlər arasında Almaniya Sosial Demokrat Partiyasının həmsədri Lars Klinqbeyl də var. Nəşr Almaniyanın hazırkı əmək və sosial məsələlər naziri Hubertus Heilin müdafiə naziri postunu tuta biləcəyini istisna etmir.

 

Qeyd edək ki, bir müddət əvvəl "Bild" nəşri hazırkı müdafiə naziri Kristine Lambrextin istefa vermək qərarına gəldiyini iddia etmişdi. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?