Belarusda Rusiya-Belarus birgə təlimlərinə start verilib.
Modern.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Təlim hava qüvvələrinin potensialını yoxlamaq üçün keçirilir.
Bildirilib ki, hərbi təlimlərin keçirilməsi ilə bağlı bütün hazırlıq işləri başa çatdırılıb. Həmçinin aeorodromlar və poliqonlar hazır vəziyyətə gətirilib.
Məlumata görə, təlim zamanı birgə qüvvələr Belarus sərhədləri boyunca patrul həyata keçirəcəklər, bundan əlavə, hava kəşfiyyatı və desant endirilməsi əməliyyatları, eləcə də yüklərin daşınması və şərti yaralıların təxliyəsi sınaqdan keçiriləcək.