Böyük Britaniya kəşfiyyatı Ukrayan müharibəsi ilə bağlı yeni məlumatlar yayıb.
Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə kəşfiyyatın sutkalıq informasiya bülletenində qeyd olunub.
Bildirilib ki, Ukrayna Soledarda mövqelərini qoruyub saxlayır.
"Həftəsonu Donbasda cəbhə xəttində - Baxmut və Kremennaya bölgəsində şiddətli döyüşlər davam etdi. 15 yanvar 2023-cü il tarixindən etibarən Ukrayna Silahlı Qüvvələri Vaqnerçilərin davamlı hücumları qarşısında Baxmutun şimalındakı Soledarda mövqelərini demək olar ki, qoruyub saxladı. Kremennaya ətrafında gedən döyüşlər meşəlik ərazidə kompleks hücumlar və əks-hücumlar silsiləsi ilə səciyyələnirdi. Bununla belə, ümumilikdə Ukrayna Silahlı Qüvvələri öz cəbhə xəttini tədricən şərqə, Kremennaya şəhərinin kənarına doğru irəlilətməkdə davam edir. Son 6 həftə ərzində həm Rusiya, həm də Ukrayna ağır döyüşlərdə müxtəlif sektorlarda məhdud nailiyyətlər əldə ediblər. Belə bir şəraitdə hər iki tərəf üçün əsas vəzifə hələ cəbhədə istifadə olunmamış, əməliyyat sıçrayışları yaratmaq üçün taktiki uğurlardan istifadə edə biləcək döyüşə hazır qoşun hissələrinin yaradılmasıdır", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən həftə Rusiya Müdafiə Nazirliyi Soledarın ələ keçirildiyini açıqlamışdı. Rəsmi Kiyev isə bunu təkzib edib.