Modern.az

Rusiya Krımda Ukrayna PUA-sını vurdu

Rusiya Krımda Ukrayna PUA-sını vurdu

Dünya

16 Yanvar 2023, 12:36

Rusiya Krım səmasında Ukraynaya məxsus dronu sıradan çıxarıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Sevastopolun "qubernatoru" Mixail Razvojaev (Rusiya Krımı 2014-cü ildə ilhaq etdikdən sonra ərazidə yerli icra orqanlarının rəhbərlərini Moskva təyin edir) məlumat verib.

 

O bildirib ki, Belbek aerodromu istiqamətindən gələn PUA-nı dənizin üzərində hava hücumundan müdafiə sistemləri vurub.

 

Qeyd olunub ki, bu, sutka ərzində Krımda vurulan ikinci Ukrayna dronudur.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?