Polşanın Baş naziri Mateuş Moraveyski Almaniyaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə "NEXTA" məlumat yayıb.
Bildirilib ki, onun paytaxt Berlində yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub.
"Moraveyski alman siyasətçilərini Ukraynaya tanklar tədarük edilməsinin vacibliyinə inandırmağa çalışacaq", - deyə məlumatda deyilir.
Qeyd edək ki, Ukrayna hərbçiləri Almaniyada təlimlərə cəlb olunublar.