Qazaxıstanda parlamentin yuxarı palatasına - Senata seçkilər başa çatıb.
Modern.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
Bildirilib ki, Qazaxıstanın bütün regionlarını təmsil edən 20 parlamentari seçilib. Namizədliyini irəli sürən 130 şəxsdən 55-i seçkiyə buraxılıb.
Qeyd edək ki, Qazaxıstanda Senata seçkilər 3 ildən bir keçirilir və palatanın tərkibi yarıya qədər yenilənir.