Modern.az

72 nəfərin öldüyü təyyarənin “qara qutu”su tapıldı 

72 nəfərin öldüyü təyyarənin “qara qutu”su tapıldı 

Dünya

16 Yanvar 2023, 13:24

Nepalda qəzaya uğrayan Yeti Hava Yollarına məxsus sərnişin təyyarəsinin qara qutusu tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə ANI agentliyi Katmandu hava limanının nümayəndəsinə istinadən məlumat yayıb.

 

Qeyd edək ki, Fransa-İtaliya konserninin istehsalı olan ATR 72 turbovintli orta məsafəli təyyarə yanvarın 15-də Pokhara beynəlxalq hava limanına enərkən qəzaya uğrayıb. Katmandu-Pokhara marşrutu ilə hərəkət edən təyyarədəki 68 sərnişin və 4 ekipaj üzvünün hamısı ölüb. Onların arasında 53 Nepal vətəndaşı və 15 əcnəbi, o cümlədən 4 rusiyalı olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?