Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri İlknur Çevik İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesindən danışıb.
Modern.az xəbər verir ki, Çevik bu mövzuya "Sputnik"ə müsahibəsi zamanı toxunub.
"Bu şərtlər altında İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməyimiz qeyri-mümkündür. Madrid zirvəsi zamanı götürülən öhdəliklər nəinki yerinə yetirilmir, yeni problemlər də var", - deyə Ərdoğanın müşaviri söyləyib.
Türkiyənin tələblərini xatırladan Çevik terror qruplaşmalarına üzv olan şəxslərin rəsmi Ankaraya təhvil verilməsinin vacib olduğunu xüsusi şəkildə vurğulayıb.