Tanınmış italiyalı aktrisa Cina Lollobricida vəfat edib.
Modern.az "NEXTA"ya istinadən xəbər verir ki, o, 96 yaşında dünyasını dəyişib.
Məlumatı mərhumun qohumları təsdiqləyib.
Aktrisa "Bir şərabın sevgisi", "Sevgi axtararkən" kimi məşhur italyan filmlərində rol alıb.
Qeyd edək ki, C.Lollobricida 1927-ci ildə İtaliyanın Lazio regionunun Subiako şəhərində anadan olub.