Modern.az

Reznikov NATO baş katibi ilə görüşəcək

Reznikov NATO baş katibi ilə görüşəcək

16 Yanvar 2023, 16:16

Ukraynanın müdafiə naziri Oleksey Reznikov və NATO baş katibi Yens Stoltenberq arasında görüş keçiriləcək.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, görüş NATO-nun Ramştayn bazasında baş tutacaq.

 

Belə ki, burada Ukraynanın hərbi baxımdan müdafiəsinin təşkili ilə bağlı toplantı keçirilməsi nəzərdə tutulub.

 

Toplantı çərçivəsində baş tutacaq görüşdə hərbi və təhlükəsizlik məsələlərinin müzakirə edilməsi planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?