Modern.az

İsveç verdiyi sözün üstündə durmalıdır - Türkiyəli nazir

İsveç verdiyi sözün üstündə durmalıdır - Türkiyəli nazir

Dünya

16 Yanvar 2023, 16:36

Türkiyənin ədliyyə naziri Bekir Bozdağ İsveçdəki PKK aksiyasından danışıb.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, nazir İsveçi verdiyi sözə əməl etməyə çağırıb.

 

"İsveç verdiyi sözü yerinə yetirmədi. Olaylar İsveç polisinin gözləri önündə baş verdi. Polis buna icazə verdi və izlədi. İsveç bu addımı atan terrorçuları yaxalayıb məhkəməyə təslim etməlidir", - deyə Bozdağ söyləyib.

 

Qeyd edək ki, İsveçin paytaxtı Stokholm şəhərində keçirilən aksiya zamanı PKK tərəfdarları Ərdoğana qarşı təxribat törətmişdilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?