Ukrayna prezidenti Volodimir Zelenski hərbi rəhbərliyin toplantısını keçirib.
Modern.az xəbər verir ki, Zelenski bu barədə rəsmi "Telegram" kanalında yazıb.
"Ali Baş Komandan Qərargahının iclasını keçirdim. Biz cəbhədəki vəziyyəti müzakirə etdik. Donetsk vilayəti və cənubdakı vəziyyəti ayrıca təhlil etdik. Təcavüzkarın yaxın gələcəkdə ehtimal olunan hərəkətləri ilə bağlı məlumatlar məruzə olundu. Biz düşmənin yeni raket zərbələri hazırlayacağını diqqətdən kənarda qoymuruq, ona görə də ən təsirli əks tədbirləri hazırlayırıq. Silahlı Qüvvələrin döyüş sursatı ilə təmin edilməsinə və taktiki səviyyədə komandirlərin hazırlanmasına da diqqət yetiririk", - deyə Ukrayna prezidenti qeyd edib.
"Qələbə bizim olacaq!", - deyə Zelenski əlavə edib.