ATƏT-in Ukraynada səfərdə olan sədri Buyar Osmani Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.
Modern.az xəbər verir ki, Osmani bu barədə tviter səhifəsində yazıb.
"Əziz Kuleba ilə növbəti dəfə ATƏT sədri kimi Ukraynada görüşəndə təcavüzün dayanacağına və həyatın normala dönəcəyinə ümidliyəm. Dağılmış evlərin və parçalanmış insan talelərinin mənzərəsinə yenidən baxmaq təkrar sıxıntılara səbəb olur", - deyə ATƏT sədri vurğulayıb.