Modern.az

Ərdoğan Putinlə bu məsələləri müzakirə etdi

Ərdoğan Putinlə bu məsələləri müzakirə etdi

Dünya

16 Yanvar 2023, 18:17

Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Liderlər Rusiya qazının tədarükü və Türkiyədə regional qaz qovşağının yaradılması sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər.

 

“Hər iki tərəf Rusiya-Türkiyə əməkdaşlığını daha da hərtərəfli inkişaf etdirmək niyyətini təsdiqləyib. Prioritetlər arasında enerji sektorunda əməkdaşlıq, o cümlədən Rusiya təbii qazının tədarükü və Türkiyədə regional qaz qovşağının yaradılması var” , - Kremlin saytında qeyd olunub.

 

Bundan əlavə, telefon danışığı zamanı Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Ukrayna taxılının Qara dəniz limanlarından ixracı, Rusiyadan qida və gübrə tədarükünün bərpası ilə bağlı 22 iyul 2022-ci il tarixli İstanbul sazişinin icrası nəzərdən keçirilib.

 

Dövlət başçıları eyni zamandan Rusiya, Türkiyə və İranın Suriya nizamlanmasına yardım üzrə Astana prosesi çərçivəsində birgə işinin praktiki əhəmiyyətini vurğulayıblar.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?