Türkiyənin Trabzon şəhərində kriminal dairələrdə "Rezo Tbilisski" kimi tanınan 64 yaşlı gürcü "qanuni oğru" Revaz Lortkipanidze güllələnib.
Modern.az xəbər verir ki, bu barədə "Praym Kraym" agentliyi məlumat yayıb.
Bildirilir ki, hadisə 2023-cü il yanvarın 14-də baş verib. Kriminal avtoritet naməlum şəxslər tərəfindən öldürülüb.
Əvvələr törətdiyi cinayətlərə görə dəfələrlə məsuliyyətə cəlb edilən Lortkipanidzenin öldürülməsində Bolqarıstandan Türkiyəyə daxil olan 4 nəfər şübhəli bilinir. Şübhəlilərin saxlanıldığı deyilir.
Akif İsmayılov