Modern.az

Kiyevə müharibənin gedişatını dəyişdirən silahlar GÖNDƏRİLİR

Kiyevə müharibənin gedişatını dəyişdirən silahlar GÖNDƏRİLİR

Dünya

16 Yanvar 2023, 21:16

Böyük Britaniya Ukraynaya "Bulldog" zirehli personal daşıyıcıları göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya müdafiə naziri Ben Uolles parlamentdə çıxışı zamanı bildirib.

 

Zirehli maşınların sayı açıqlanmayıb. London, həmçinin Kiyevə onlarla pilotsuz uçuş aparatı və “Startstreak” zenit-raket kompleksləri göndərməyə hazırlaşır.

 

Yeni yardım paketinə "Challanger 2” tankları, 8 AS90 silahı daxil olacaq və onların sayı daha da artırılacaq. Bundan əlavə, siyahıya 100.000 artilleriya mərmisi daxildir.

 

Müdafiə naziri onu da bildirib ki, hərbi yardım Ukraynadakı müharibənin gedişatını dəyişdirə və Rusiya qoşunlarını sıxışdırıb çıxara bilər.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?