Yamaykada ölkə tarixinin ən böyük narkotik partiyası ələ keçirilib.
Modern.az yerli mətbuata istinadən xəbər verir, əməliyyat-axtarış tədbirləri nəticəsində gəmidən təxminən 80 milyon dollar dəyərində kokain aşkar olunaraq müsadirə edilib.
Yük gəmisinə baxış zamanı 1500 kiloqramdan çox narkotik vasitə aşkarlanıb. Narkotik 1250 bağlamadan ibarət 50 kisədə daşınıb.
Akif İsmayılov