Rusiyanın Ukraynaya hücuma başlamasından bəri prezident Volodimir Zelenskiyə qarşı 12-dən çox sui-qəsd cəhdi edilib.
Modern.az xəbər verir ki, bu barədə Britaniyanın "Independent" qəzeti yazıb.
Nəşrin məlumatına görə, sui-qəsd cəhdlərindən ən azı ikisinin qarşısı Ukraynadakı ABŞ kəşfiyyatı tərəfindən alınıb.
Xatırladaq ki, ötən ilin may ayında Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixailo Podolyak Zelenskiyə qarşı ondan çox sui-qəsdə cəhd edildiyini bildirmişdi.
Akif İsmayılov