Əgər Rusiyanın əleyhdarlarını dünya birliyi adlandırsaq, o zaman Ukraynadakı münaqişəni üçüncü dünya müharibəsi hesab etmək olar.
Modern.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
“Bu gün müharibədə iştirak edən Avropa dövlətlərini götürsək, bunlar NATO bloku və digər əlaqəli dövlətlərdir, əgər bu dövlətləri dünya birliyi adlandırırıqsa, o zaman deyə bilərik, bu, üçüncü dünya müharibəsidir”, - deyə Kadırov bildirib.
O, Çin, Hindistan, Pakistan kimi böyük dövlətlərin “hərbi tədbirlərdə” iştirak etmədiyini vurğulayıb.
Akif İsmayılov