Modern.az

Prezident Davos səfərini ləğv etdi

Prezident Davos səfərini ləğv etdi

Dünya

17 Yanvar 2023, 08:52

Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa Davosda keçirilən Dünya İqtisadi Forumuna səfərini ləğv edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ölkədəki enerji böhranının olması göstərilib.

 

Bildirilib ki, CAR-da elektrik enerjisi təchizatı ilə bağlı problemlər bir neçə aydır davam edir.

 

Qeyd edək ki, Davos Forumu “Parçalanmış dünyada əməkdaşlıq” şüarı ilə yanvarın 20-də yekunlaşacaq. 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?