Modern.az

Rüstəm Muradov Şoyquya hesabat verdi - VİDEO

Rüstəm Muradov Şoyquya hesabat verdi - VİDEO

Dünya

17 Yanvar 2023, 09:14

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynadakı qoşunların “Şərq” qrupunun qərargahına baxış keçirib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, "Şərq" qrupunun komanda məntəqəsində Sergey Şoyqu general-leytenant Rüstəm Muradovun hazırkı vəziyyət və digər istiqamətlərdə komandanlıq edən qoşun qruplaşmasının hərəkətləri barədə məruzəsini dinləyib.

 

Qeyd edək ki, R.Muradov Qarabağdakı Rusiya sülhməramlı hərbi kontingentinin sabiq komandanıdır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?