Modern.az

İŞİD-ə qarşı yeni əməliyyat keçirildi – Saxlanılanlar var

İŞİD-ə qarşı yeni əməliyyat keçirildi – Saxlanılanlar var

Dünya

17 Yanvar 2023, 09:34

Türkiyədə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Adanada gerçəkləşdirilib.

 

Belə ki, əvvəllər Suriya və İraqda İŞİD-in fəaliyyətinə qatılmış 7 şübhəli şəxsin şəhərdə olduğu barədə əldə olunan məlumatdan sonra onların axtarışına başlanılıb.

 

7 ayrı ünvanda keçirilən əməliyyat çərçivəsində barələrində saxlanılma qərarı verilmiş şəxslərdən bəzilərinin yaxalanmasına nail olunub.

 

Bildirilib ki, axtarışda olan digər şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?