Taylandda neft tankerində partlayış baş verib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Muanq regionunda olub.
Belə ki, çayda hərəkət edən tankerdə qəfil partlayış olub. Nəticədə 8 nəfər itkin düşüb.
Hazırda səbəblər araşdırılır və itkinlərin axtarışları davam edir.