Modern.az

İqtidarla müxalifətin PUA davası - Akar Babacana cavab verdi

İqtidarla müxalifətin PUA davası - Akar Babacana cavab verdi

17 Yanvar 2023, 11:06

Türkiyənin milli müdafiə naziri Hulusi Akar müdafiə sənayesi ilə bağlı tənqidlərə cavab verib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Akar belə addımları pislədiyini bildirib.

 

"PUA istehsalçılarımıza böhtan atılmasını qınayırıq. Müdafiə sənayesindəki uğurlarımızdan narahatlıq keçirmək böyük bədbəxtlikdir. Bunu edənləri millətimizə həvalə edirik", - deyə nazir bəyan edib.

 

Qeyd edək ki, müxalif DEVA Partiyasının sədri Ali Babacan PUA-larla bağlı mövzunun iqtidar tərəfindən müqəddəsləşdirildiyini və təbliğat vasitəsinə çevrildiyini bildirmişdi.

Bu xəbər ilə bağlı
Partiya sədrindən PUA-larla bağlı tənqidi çıxış - Cavab gecikmədi
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi