Türkiyənin milli müdafiə naziri Hulusi Akar İsveçin paytaxtı Stokholm şəhərində keçirilən PKK aksiyası zamanı Rəcəb Tayyib Ərdoğana qarşı təxribatı qınayıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Akar belə addımları pislədiyini bildirib.
"NATO-ya girmək istəyən bir ölkədə 70 illik NATO üzvü olan bir dövlətin prezidentinə qarşı terror təşkilatı tərəfdarlarının törətdiyi iyrənc əməli şiddətlə qınayırıq. İsveçi dərhal tədbir görməyə dəvət edirik. Buna səssiz qalmaq mümkün deyil. Prosesləri yaxından izləyirik", - deyə nazir söyləyib.
Akar Finlandiya və İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bəyan edib.
Qeyd edək ki, sözügedən aksiya zamanı Ərdoğana qarşı təxribat törədilmişdi.