Modern.az

Türkiyədə "Qış-2023" təlimləri başladı

Türkiyədə

Dünya

17 Yanvar 2023, 11:46

Türkiyənin Qars vilayətində "Qış-2023" hərbi təlimlərinə start verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Kosovanın müdafiə naziri Armend Mihaj sosial şəbəkə hesabında məlumat verib.

 

"Təlimin məqsədləri birgə əməliyyatlar zamanı əməkdaşlıq və koordinasiyanın təmin olunması, bölmələrin döyüş qabiliyyətinin sınaqdan keçirilməsi, atış və manevr sinxronluğunun artırılması, dislokasiya, qida təminatı, geyim və təchizat kimi əsas məsələlərdə tədrisdir", - deyə nazir yazıb.

 

Bildirilib ki, hərbi təlimlərə 8 ölkədən iştirakçılar qatılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?