Türkiyə və ABŞ-ın NATO-dakı nümayəndə heyətlərinin rəhbərləri arasında görüş olub.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın hərbi alyansdakı səfiri Culiana Smit tviter səhifəsində məlumat verib.
O, Türkiyənin NATO-ya yeni təyin olunmuş səfiri Zeki Levent Gümrükçüyə "xoş gəldin" deyib.
"Türkiyə ilə köklü və yaxın münasibətlərimiz üçün minnətdarıq. On illərdir Türkiyə qlobal çətinliklərə sinə gərmək üçün ABŞ və digər NATO müttəfiqlərimizlə çiyin-çiyinə dayanır. Xoş gəldiniz, səfir Zeki Levent Gümrükçü. Sizinlə birgə çalışmağı səbirsizliklə gözləyirəm", - deyə diplomat yazıb.
We are grateful for our longstanding and close ties with Turkiye. For decades and today, ?? has stood together with the ?? & our @NATO Allies to confront global challenges. Welcome Ambassador @TurkDelNATO Zeki Levent Gümrükçü. Looking forward to working together! pic.twitter.com/Z3SZfN74AV
— Ambassador Julianne Smith (@USAmbNATO) January 17, 2023