Modern.az

Rusiyanın Dneprə hücumunun detalları - Kəşfiyyat məlumatı

Rusiyanın Dneprə hücumunun detalları - Kəşfiyyat məlumatı

Dünya

17 Yanvar 2023, 12:36

Britaniya kəşfiyyatı Rusiyanın Ukraynanın Dnepr şəhərində yerləşən yaşayış binasına raket hücumunun detallarını açıqlayıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, hücumun qeyri-dəqiq "X-22" raketi ilə təşkil olunması ehtimalı xeyli yüksəkdir.

 

Məlumata görə, Rusiyanın "Tu-22M3 BACKFIRE" bombardmançı təyyarəsindən atılan "X-22 Burya" gəmi əleyhinə raketi ilə Dnepri vurması güman edilir.

 

Bildirilib ki, "X-22" xüsusən də şəhər yerlərində istifadə edilərsə, kifayət qədər aşağı dəqiqliyə malik silahdır. Çünki "X-22" təyyarədaşıyan gəmiləri məhv etmək üçün nəzərdə tutulub.

 

Kəşfiyyatın təhlillərinə əsasən, yüksək ehtimalla eyni tipli raketdən keçən il iyunun 27-də Kremençukda ticarət mərkəzinə zərbə endirmək üçün istifadə edilib və nəticədə 20-dən çox adam həlak olub.

 

Qeyd edək ki, Dneprə hücum nəticəsində 40 dinc sakin həyatını itirmiş, 70-dən çox insan yaralanmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi