"Ukraynanın Krımı geri qaytarması mümkün deyil".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin söyləyib.
O, Ukrayna tərəfi ilə Türkiyədə keçirilən görüşdən danışıb.
"Ankarada keçirilən görüş informativ oldu, çox şey deyə bildik, mövqeləri aydınlaşdırdıq. Yeni görüş mümkündür", - deyə Rusiya rəsmisi bildirib.
Narışkin, həmçinin Qərb ölkələrini də tənqid edib: "Kiyevin xaricdəki rəhbərləri Ukrayna ətrafında vəziyyəti ölü nöqtədən çıxarmağa imkan vermirlər. Ukraynanın Krımı geri qaytarması mümkün deyil. Avropanın xüsusi xidmət orqanlarının rəhbərləri ilə telefon danışıqları zamanı Ukrayna mövzuları müzakirə olunur".
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rusiyanın İran və Çinlə kəşfiyyat sahəsində əlaqələri dərinləşdirdiyini vurğulayıb.