Ukrayna prezidenti Volodimir Zelenski dünya ilə həmrəylik barədə fikirlər səsləndirib.
Modern.az xəbər verir ki, Zelenski bu barədə rəsmi "Telegram" kanalında yazıb.
"İndi bizim azad dünya ilə daha böyük birliyə ehtiyacımız var. Bu, genişmiqyaslı təcavüzə və total terrora son qoymağın yeganə yoludur. Enerji zəifləməməlidir", - deyə Ukrayna prezidenti qeyd edib.