Modern.az

Bizdən əvvəl Aİ-yə heç kimi qəbul etməyəcəklər - Vuçiç

Bizdən əvvəl Aİ-yə heç kimi qəbul etməyəcəklər - Vuçiç

Dünya

17 Yanvar 2023, 14:16

Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin Avropa İttifaqına üzvlük perspektivlərindən danışıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Vuçiç yerli telekanallardan birinə müsahibəsi zamanı söz açıb.

 

"Mən ölkəmizin Avropa İttifaqına üzvlüyünün gecikməsi ilə bağlı narahat deyiləm. Bunda problem yoxdur və bizdən əvvəl heç kimi ittifaqa qəbul etməyəcəklər. Məni narahat edən investisiyaların ölkəyə cəlb olunmasının qarşısının alınması ehtimallarıdır. Rusiyanı necə tərk etdiklərini gördüm. Orada maraqları bizdəkindən daha çox idi", - deyə Vuçiç bəyan edib.

 

Serbiya prezidenti ölkəsinin ABŞ-la yaxşı münasibətlərə malik olmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?