Ermənistan Respublikasının ilk prezidenti Levon Ter-Petrosyanın öldüyü barədə yerli KİV-lərdə yayılan xəbərlər təkzib olunub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Levon Ter-Petrosyanın həkimi, kardioloq Xaçik Hambardzumyan şayiələrə inanmamağa çağırıb.
Həkimin sözlərinə görə, Ter-Petrosyanın səhhəti hazırda qənaətbəxşdir, onun vəziyyətinin pisləşməsi, üstəlik vəfat etməsi barədə bütün xəbərlər dezinformasiyadır.
“Ter-Petrosyanın səhhəti qənaətbəxşdir, özünü çox yaxşı hiss edir, iki gün əvvəl onunla görüşdüm, heç bir problem yox idi, ürəyi ilə bağlı müalicələr alır”, - deyə həkim bildirib.
Ter-Petrosyanın səhhətində başqa problemlərinin olub-olmaması ilə bağlı suala həkimi belə cavab verib:
“Bu yaxınlarda ürəyində stenting aparıldı, problem həll olundu, birinci prezidentin diqqətəlayiq başqa problemi yoxdur, yaş dəyişiklikləri var, bu çox normaldır”, - deyə “Best Life” kardioloji klinikasının kardioloqu Xaçik Hambardzumyan əlavə edib.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Levon Ter-Petrosyan “Best Life” kardioloji klinikasında əməliyyat olunub, onun ürəyinə dörd stent qoyulub.