Modern.az

Şoyqu ordu ilə bağlı mühüm qərarlar verdi

Şoyqu ordu ilə bağlı mühüm qərarlar verdi

Dünya

17 Yanvar 2023, 15:00

Rusiya Silahlı Qüvvələrinin sayı 1,5 milyon nəfərə çatdırılacaq.

 

Modern.az xəbər verir ki, bu məsələ Rusiya müdafiə naziri Sergey Şoyqunun keçirdiyi müşavirədə geniş müzakirə olunub.

 

Bildirilib ki, silahlı qüvvələrin sayının artırılması silah təchizatı və infrastrukturun inkişafı ilə paralel həyata keçiriləcək.

 

Nazir onu da qeyd edib ki, 2023-2026-cı illəri əhatə edəcək proses çərçivəsində Rusiya silahlı qüvvələrinin komandanlığı müvafiq qərarlar qəbul etməlidir.

 

Müşavirədə Rusiya ordusunun yeni Moskva və Leninqrad dairələrinin yaradılması, Kareliyada ordu korpusunun formalaşdırılması, Hərbi Dəniz Donanması, Kosmik Hava Qüvvələri və Strateji Təyinatlı Hava Qoşunlarının döyüş hazırlığının gücləndirilməsi barədə qərar qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?