Ermənistan ordusunun baş qərargah rəisinin sabiq müavini, general Haykaz Baqmanyana qarşı ittiham irəli sürülüb.
Modern.az xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.
Bildirilib ki, general mənimsəmə və gəlir bəyannaməsində gəlirlərini tam göstərməməkdə təqsirləndirilir.
Hazırda onunla bağlı cinayət işi açılıb və hüquqi müstəvidə addımlar atılır.