Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının keçmiş komandanı, general Vladimir Boldırev Çeçenistan rəhbəri Ramzan Kadırovun onu ələ salmasına cavab verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, general Boldırev Kadırovun özünü dövlət başçısı kimi apara bilmədiyini və yalan məlumat yaydığını bildirib:
“Guya vəzifəmi yerinə yetirə bilmədiyim üçün rütbəmi aşağı salıb, məni Şimali Qafqaz Hərbi Dairəsinə göndəriblər. Mənim rütbəmi heç kim aşağı salmayıb. Mən Şimali Qafqaz Dairəsinə komandanlıq edəndən sonra, ona bərabər vəzifəyə keçirildim və Volqa-Ural dairəsinə komandanlıq etdim. Bu barədə deyə biləcəyim tək şey budur. Nədənsə o, 2008-ci ili və Gürcüstanın sülhə nail olmasını xatırlamır, nədənsə bu anı tamamilə unudur”, - deyə Quru Qoşunlarının keçmiş komandanı Kadırovun tənqidinə reaksiya verib.
Bundan əlavə, o qeyd edib ki, Kadırovun 2022-ci ilin oktyabr ayının sonuna kimi Ukraynadakı müharibədə Rusiya qoşunlarının Mərkəz qrupuna komandanlıq etmiş general-polkovnik Aleksandr Lapini tənqid etməyə də haqqı yoxdur.
Çünki bu ilin yanvarında Lapin Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Qərargahının rəisi təyin edilib.
Boldırevin sözlərinə görə, yalnız Rusiyanın müdafiə naziri Sergey Şoyqu və prezident Vladimir Putin Lapini tənqid edə bilər. Boldırev hesab edir ki, başqalarının tənqidi "boş sözlər və ya gizli təlaşdır, bəlkə də başqa yerdən təşviq olunur".
Lapini dəfələrlə Çeçenistan rəhbəri Ramzan Kadırov və “Vaqner” özəl hərbi şirkətin sahibi Yevgeni Priqojin tənqid edib.
Bir gün əvvəl Kadırov onun mülki şəxs kimi Lapini tənqid etməyə haqqının olmaması ilə bağlı Boldırevin açıqlamasına münasibət bildirib. O, Milli Qvardiyanın generalı olduğunu, stajı, təcrübəsi və nəticələri olduğunu xatırladıb. “Bizim hansımız daha yaxşıdır – general-polkovnik bla-bla-bla, yoxsa general-polkovnik Kadırov”, – Çeçenistan rəhbəri bildirib.
Kadırov Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayevə müsahibəsində Boldırevin vəzifəsini yerinə yetirmədiyi üçün rütbəsinin aşağı salındığını və Şimali Qafqaz Hərbi Dairəsinə köçürüldüyünü deyib.