Ermənistan prezidenti Vahaqn Xaçaturyan Estoniyaya səfəri çərçivəsində bu ölkənin parlament sədri Yuri Ratasla görüşüb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, spiker Xaçaturyana Şuşa səfərindən danışıb.
Spiker bildirib ki, Azərbaycanın dəvəti ilə Şuşaya səfər edərək situasiya ilə yerində tanış olmaq imkanı əldə edib. Ratas Estoniyanın Cənubi Qafqazda sülhün təmin olunması üçün köməklik göstərməyə hazır olduğunu Ermənistan prezidentinin diqqətinə çatdırıb.
Qeyd edək ki, Y.Ratas ötən ilin mayında Şuşaya səfər etmişdi.