Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Ukraynadakı müharibə haqqında mülahizələrini bölüşüb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Leyen bu barədə İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumundakı çıxışı zamanı danışıb.
"Biz Ukraynaya dəstəyimizi davam etdirəcəyik. Rusiya atdığı addımlara görə cəzasız qalmayacaq. Çoxları elə düşünürdü ki, Rusiya asanlıqla qələbə çalacaq. Lakin bu, Ukraynanın müqaviməti sayəsində baş vermədi", - deyə o söyləyib.
Leyen Aİ və Çin arasında əməkdaşlığın vacibliyini vurğulayıb.