Modern.az

Çavuşoğlu sabah ABŞ-yə gedir - Blinkenlə görüşəcək

Çavuşoğlu sabah ABŞ-yə gedir - Blinkenlə görüşəcək

Dünya

17 Yanvar 2023, 16:15

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah ABŞ-a rəsmi səfərə gedəcək.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə XİN başçısının ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşü nəzərdə tutulub.

 

Görüş çərçivəsində ABŞ-ın Türkiyəyə F-16 tədarükü, Suriya ilə normallaşma məsələsi, habelə ABŞ-ın YPG-yə dəstəyi ilə bağlı mövzular, iki ölkə arasındakı kritik məsələlər müzakirə olunacaq.

 

Həmçinin Çavuşoğlu Ankaranın FETÖ ilə bağlı Vaşinqton qarşısında qaldırdığı tələbləri yenidən ABŞ tərəfinin diqqətinə çatdıracaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?