Modern.az

Ukrayna ilə əsir mübadiləsi olmayacaq - Rusiya ombudsmanından təkzib

Ukrayna ilə əsir mübadiləsi olmayacaq - Rusiya ombudsmanından təkzib

Dünya

17 Yanvar 2023, 16:28

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova Ukrayna ilə əsir mübadiləsi həyata keçiriləcəyi barədə yayılan informasiyalara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Moskalkova bu barədə TASS-a açıqlama verib.

 

Onun sözlərinə görə, ukraynalı həmkarı Dmitri Lubintslə Türkiyənin paytaxtı Ankara şəhərində apardığı danışıqlarda əsir mübadiləsi məsələsini müzakirə etməyib.

 

Rusiyalı ombudsman bu mövzuda yayılan məlumatları təkzib edib.

 

Qeyd edək ki, daha əvvəl yaxın vaxtlarda Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi prosesinin baş tutacağı barədə xəbərlər yayılmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?