Modern.az

Moldova prezidenti Rumıniyada seçkilərə qatıla bilər

Moldova prezidenti Rumıniyada seçkilərə qatıla bilər

Dünya

17 Yanvar 2023, 16:36

Moldova prezidenti Maya Sandu Rumıniyada seçkilərə qatıla bilər.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Rumıniya parlamentinin spikeri Marsel Çolak televiziya efirində danışıb.

 

O bildirib ki, Sanduya Rumıniyada prezidentliyə namizəd olmaq üçün heç kim mane ola bilməz.

 

Qeyd edək ki, Moldova prezidenti həm də Rumıniya vətəndaşıdır. II Dünya Müharibəsi ərəfəsində SSRİ-nin Moldovanı işğalından əvvəl bu ölkə Rumıniyanın tərkib hissəsi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?