Egey dənizinin Türkiyə sahillərində su nəqliyyatının hərəkəti dayandırılıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti olub.
Belə ki, sürəti 90 km/saata çatan güclü fırtına Çanaqqaladan Eceabata olan dəniz reyslərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini şərtləndirib.
Əhaliyə ehtiyatlı olmaqla bağlı çağırış edilib. Bildirilib ki, normal hava şəraiti bərpa olunduqdan sonra su nəqliyyatının hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılacaq.