Rusiya Federasiyası vətəndaşları üçün "YouTube"a giriş qadağan ediləcək.
Modern.az xəbər verir ki, bunu "Vaqner" özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojin deyib.
Onun sözlərinə görə, kim qadağadan sonra videohostinqdən istifadə etsə, ciddi şəkildə cəzalandırılacaq:
“İndi isə mən sizə gizli bir məlumat vermək istəyirəm. "YouTube" tezliklə bağlanacaq. "YouTube"a giriş qadağan edildikdən sonra kim ondan aktiv istifadə etməyə davam etsə, müəyyən olunacaq və layiqli cəzasını çəkəcək”.