"Ermənistan Avropa İttifaqının yeni müşahidə missiyası ilə əməkdaşlığa hazırdır".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan XİN başçısı Ararat Mirzoyan Avropa İttifaqının müşahidə missiyasından danışarkən deyib.
O, parlamentin iclasında bu barədə danışıb.
Mirzoyan bundan əvvəlki missiyanın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və yeni missiya ilə bağlı qərara müsbət yanaşdığını və konstruktiv şəkildə əməkdaşlığa hazır olduqlarını bəyan edib.