Modern.az

Rusiyaya sanksiya tətbiq edilməsinə qarşıyam - Vuçiç

Rusiyaya sanksiya tətbiq edilməsinə qarşıyam - Vuçiç

Dünya

18 Yanvar 2023, 17:52

Serbiya prezidenti Aleksandr Vuçiç Ukraynaya dəstəyini ifadə edib.

 

Modern.az xəbər verir ki, Vuçiç bu barədə "Bloomberg"ə müsahibəsi zamanı danışıb.

 

O, Ukraynanın işğal edilməsini dəstəkləmədiyini açıqlayıb: "Serbiya Krımı və Donbası Ukraynanın bir hissəsi kimi tanıyır".

 

"Bizim üçün Krım Ukraynadır, Donbass Ukraynadır. Belə də qalacaq", - deyə Serbiya prezidenti bildirib.

 

Lakin Vuçiç onu da əlavə edib ki, Rusiyaya qarşı sanksiya tətbiq edilməsinə qarşıdır.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?