Modern.az

Putin Rusiyanın qələbəsini \"qaçılmaz\" hesab edir

Putin Rusiyanın qələbəsini \

18 Yanvar 2023, 18:21

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsində Moskvanın qələbəsini "qaçılmaz" hesab edir.

 

Modern.az xəbər verir ki, bu barədə o, Sankt-Peterburqda hava hücumundan müdafiə sistemləri istehsal edən fabrikdə işçilər qarşısında çıxışı zamanı bildirib.

 

Putin Rusiyanın güclü hərbi-sənaye kompleksinin istehsalı artırdığını və Rusiyanın Ukraynada üstün olmasının əsas səbəblərindən birinin məhz bu sənaye olduğunu deyib. 

 

O qeyd edib ki, Rusiyanın Ukraynada “xüsusi hərbi əməliyyatı”ı üçün tələbat artsa da, ümumi hərbi texnika istehsalı da artır.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?