Modern.az

Döyüşün bitməsi üçün Rusiya uduzmalıdır - Kansler

Döyüşün bitməsi üçün Rusiya uduzmalıdır - Kansler

18 Yanvar 2023, 22:44

Ukraynada döyüşlərin bitməsi üçün Rusiya hərbi məğlubiyyətə uğramalıdır.

 

Modern.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

 

O qeyd edib ki, NATO ölkələri məhz bu məqsədlə Ukrayna Silahlı Qüvvələrini silahla təmin edir. Kansler “Leopard 2” tanklarının Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi perspektivləri ilə bağlı suala birbaşa cavab verməyib.

 

“Müharibəyə son qoymaq üçün Rusiya uduzmalıdır, ona görə də biz tərəfdaşlarımızla sıx əlaqədə Ukraynanı silahla təmin edirik", - deyə Şolts bildirib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?